Kseniya Sobçak çıxışı zamanı “Krım beynəlxalq nöqteyi nəzərindən Ukraynanındır”, – ifadəsini səsləndirmişdi
Krım yarımadası ilə bağlı açıqlamasında işlətdiyi ifadələrə görə Rusiyada 2018-ci ildə keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak edəcəyini açıqlayan Kseniya Sobçak barəsində “Separatizm və ya ekstremizm” maddələri ilə cinayət işi açıla bilər.
Axar.az xəbər verir ki, bu barədə Sobçakın vəkili Oksana Mixalkina danışıb.
Vəkilin sözlərinə görə, əgər məhkəmə Sobçakın ifadələrində ölkənin ərazi bütövlüyünü pozmağa yönələn hər hansı bir çağırış aşkar edərsə, aparıcını 5 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, Kseniya Sobçak çıxışı zamanı “Krım beynəlxalq nöqteyi nəzərindən Ukraynanındır”, – ifadəsini səsləndirmişdi.