Bu gecə Ukrayna ordusu Rusiyanın ilhaq etdiyi Krımı atəşə tutub.
Tribunainfo.az bildirir ki, hücum nəticəsində bölgədə bir sıra partlayışlar baş verib.
Belə ki, ilk hədəf Krımın Qvardiyske kəndindəki neft bazası olub. Hazırda bazanın yandığı bildirilir.
PUA-ların ikinci hədəfi isə Simferopoldakı Rusiya hərbi bazası olub. Orada dörd mövqeyin vurulduğu qeyd edilir.
Bundan başaq, Krımdakı digər rus bazaları da hədəf seçilib.
Fərda Uğur