Rusiya Federasiyasının İstintaq Komitəsi ötən gecə Krım körpüsündə baş vermiş fövqəladə hadisə ilə bağlı cinayət işi açıb.
Tribunainfo.az-ın xəbərinə görə, Ukrayna hakimiyyəti iki nəfərin öldüyü, həmçinin körpünün yol hissələrinə ziyan dəydiyi insidentdə iştirakını etiraf edib.
“Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Krım körpüsünə dəymiş ziyanla bağlı cinayət işi açıb. Bu, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsində (terror aktı) nəzərdə tutulmuş cinayətin əlamətləri ilə başlanıb”, – agentliyin Telegram-kanalında bildirilib.
Qeyd edək ki, indiyədək təxminən 5 saatlıq fasilədən sonra Krım dəmir yolunda dəmir yolu hərəkəti bərpa olunub.