A.Nağıyevin fikrincə, Kremlin də burada özəl məqsədləri var “Cenevrə görüşündən sonra Brüsseldə Azərbaycanın ərazi bütövlüyünün ən mühüm amil kimi qəbul edilməsi təbii ki, Ermənistan rəhbərliyini narazı salan məsələ idi. Çünki separatçılara verilən müstəqillik sözünün üstündə dura bilməyən Sərkisyan mütləq şəkildə hərblə bağlı addım atmalı idi. Bundan başqa, məhz Qarabağdakı əməliyyatlar üzərindən o, Ermənistan prezidenti olub”.Bu fikirlər politoloq Arzu Nağıyevə məxsusdur. Ekspert TİA.AZ-a bildirdi ki, Rusiyanın Ermənistandan narazılığının olduğu bir vaxtda mütləq şəkildə ictimai-siyasi vəziyyəti tənzimləmək üçün əsas kart məhz Qarabağ kartı idi: “Dağlıq Qarabağ ərazisində isə separatçı hərbçilər ən mühüm siyasi qüvvələrdir və bunlar Sərkisyanı və ümumiyyətlə, Qarabağ klanını təmsil edən qüvvələrdir. Məhz buna görə də öz siyasi hakimiyyətini qorumaq üçün Sərkisyan hərbi təlimlərə başçılıq edir və paralel olaraq KTMT-nin iclasında Dağlıq Qarabağ kartı ortaya atılır”.
A.Nağıyevin fikrincə, Kremlin də burada özəl məqsədləri var: “Rusiya bir daha özünün nüfuzunu artırmaq üçün Ermənistanın problemlərini həll edən dövlət kimi özünü göstərir. Eyni zamanda Ermənistan da daxili problemlərini həll etmək üçün Rusiyanın onunla bir yerdə olduğunu dolayı şəkildə nümayiş etdirir. Bütün bunlar hakimiyyəti saxlamaq üçün atılan addımlardır”. Politoloq da razılaşır ki, danışıqlar ərəfəsində baş verən bu kimi təxribatlar Vyana görüşünün də nəticəsiz başa çatacağını deməyə əsas verir.
NÜŞABƏ