Kremli mat qoyan SORĞU – “Rusofobiya” adlı plan alt-üst oldu

Kremli mat qoyan SORĞU – “Rusofobiya” adlı plan alt-üst oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müxtəlif hesablamalara görə, 2022-ci ilin fevralından sonra 350 mindən 1 milyona qədər insan Rusiyanı tərk edib. Qaçqınların böyük əksəriyyəti maneəsiz olaraq Orta Asiya və Cənubi Qafqaz regionuna pənah aparıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə ”OnIn” (Online Interviewer) tədqiqat mərkəzi məlumat yayıb.

Mərkəzin dərc etdiyi təhlildə göstərilir ki, hər iki region Rusiyadan gələn immiqrantlar üçün əhəmiyyətli dərəcədə cəzbedicidir. Şünki vizasız gediş-gəliş, rus dilinin yayılması rus qaçqınları üçün çox əlverişli amil sayılır.

Təkcə Qazaxıstan 2022-ci ilin ortalarında 200.000-dən çox Rusiya vətəndaşını qəbul edib. Araşdırmaya görə, sorğuda iştirak edən qazaxıstanlıların 50%-dən çoxu qaçqınların onların həyatlarına nəzərəçarpacaq təsir etməyəcəyini bildirib. Tacikistan və Qırğızıstandan olan respondentlər də bu rəydə olduqlarını deyiblər.

Özbəkistandan olan respondentlər Rusiyadan mütəxəssislərin gəlməsini də təqdir ediblər. Sorğuda iştirak edənlərin yalnız 23%-i rus qaçqınlarının ölkə iqtisadiyyatına hansısa şəkildə müsbət təsir edəcəyinə inanmadığını vurğulayıb.

Sorğunun ən əhəmiyyətli detalı odur ki, Orta Asiya və Cənubi Qafqaz ölkələrində rusofobiya iddiası tamamilə alt-üst olub. Əksinə, rus şovinizminin ideologiyasının təsirinə düşən qaçqınlar sonradan pənah apardıqları ölkələrin sakinləri ilə qaynayıb-qarışıblar.

Orta Asiya və Cənubi Qafqaz ölkələrindən olan respondentlərin 40%-i rusları özlərinə yaxın hiss etdiklərini bildiriblər.

Bu isə onu göstərir ki, Kremlin təbliğat maşını bir işə yaramayıb.