KREMLƏ HÜCUMUN ARXASINDA RUSİYA ÖZÜ OLA BİLƏR – HƏRBİ ANALİTİK UKRAYNAYA YENİ ZƏRBƏLƏRİN ANONSUNU VERDİbackend

KREMLƏ HÜCUMUN ARXASINDA RUSİYA ÖZÜ OLA BİLƏR – HƏRBİ ANALİTİK UKRAYNAYA YENİ ZƏRBƏLƏRİN ANONSUNU VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hücumun arxasında Rusiya dövlətinin özünün ola biləcəyi ehtimalı da yüksəkdir. Belə bir addımın atılmasına səbəb Ukraynada hərbi əməliyyatların başqa fazaya, mərhələyə keçidinin təşkil olunmasıdır. Məqsəd raket hücumlarının sayını artırmaq, Ukraynanın daha strateji əhəmiyyətli məntəqələrinə zərbələr endirmək, Kiyevdə prezident adminstrasiyası və digər əhəmiyyətli dövlət obyektlərini hədəfə almaqdır.

Bu sözləri Tribunainfo.az-a siyasi ekspert, analitik Ramil Məmmədli Kremlə edilən hücum və bundan sonra Rusiyanın atacağı addımlar barədə danışarkən deyib. Ekspert Kremlə edilən hücumun arxasında Ukraynanın dayandığını hesab etmir:

“Bu Ukrayna Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyat deyil. Çünki Ukrayna silahlı Qüvvələrinin istifadəsində Ukrayna ərazisindən Moskva şəhərinə, Kremlə qədər uçuş həyata keçirib orada hədəfi məhv edəcək pilotsuz uçuş aparatı yoxdur. Ukrayna sərhədindən Moskvaya ən yaxın məsafənin uzunluğu təxminən 500-600 kilometrdir. Bu məsafədə uçuş həyata keçirəcək PUA yoxdur. Hətta belə bir PUA varsa belə hava hücumundan müdafiə sistemlərindən yayınaraq belə bir gərgin bir dövrdə Moskvaya, hətta Kremlə qədər gəlib çatması inandırıcı deyil. Çünki Rusiyanın kifayət qədər güclü hava hücumundan müdafiə sistemi mövcuddur”.

R.Məmmədli bildirib ki, hücumun arxasında ya vəziyyəti gərginləşdirmək üçün üçüncü bir tərəf dayanır, yaxud da Rusiyanın özündə olan müəyyən pruplaşmaların keçirdiyi əməliyyatdır:

“Burada məqsəd də 9 may tarixində keçiriləcək hərbi parada mane olmaq, orada Putinin iştirakına maneə yaratmaqdır.
Başqa bir amil isə hücumu törədənin məhz Rusiya dövlətinin özünün ola biləcəyidir. Belə bir addımın atılmasına səbəb də Ukraynada hərbi əməliyyatların başqa fazaya, mərhələyə keçidinin təşkil olunması üçündür. Raket hücumlarının sayını artırmaq, Ukraynanın daha strateji əhəmiyyətli məntəqələrinə zərbələr endirmək, Kiyevdə prezident adminstrasiyası və digər əhəmiyyətli dövlət obyektlərini hədəfə almaqdır.

Hesab edirəm ki, Rusiyanın hazırki vəziyyəti dəyişmək, hərbi əməliyyatların miqyasını genişləndirmək üçün başqa bir yolu yox idi. Yaxın günlərdə Rusiya Ukrayna ərazisində hərbi əməliyyatların miqyasını bir qədər də genişləndirəcək. Xüsusən də raket zərbələrinin sayı artacaq”.