backend

Kremldən Trampa RƏDD CAVABI: “Nüvə silahları…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nüvə silahı qlobal sabitliyin elementidir”. 

“Nüvə silahı qlobal sabitliyin elementidir”.

TİA.AZ xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın Rusiyanın nüvə silahının ixtisarı barədə bəyanatını şərh edərkən deyib.

“Nüvə potensialının simmetrik ixtisarı yolverilməzdir. ABŞ və Rusiyada nüvə silahının potensialında fərq var. Buna görə hansısa simmetrik ixtisarlar tamamilə yolverilməz və yersizdir”, – deyə Peskov bildirib.

Onun sözlərinə görə, bu, nüvə paritetinin pozulmasına gətirib çıxara bilər: “Rusiya həmişə nüvə silahının ixtisarının tərəfdarı olaraq qalır. Amma bu, ədalətli və mütənasib olmalıdır”.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp nüvə arsenalının ixtisarına əvəz olaraq, Rusiyaya qarşı sanksiyaların ləğvini təklif etməyə hazır olduğunu deyib.

“Rusiyaya qarşı sanksiyalar tətbiq edilib. Rusiya ilə yaxşı razılıqları əldə etmək olmazmı? Hesab edirəm ki, başlanğıc olaraq nüvə silahını azaltmaq bu prosesin tərkib hissəsi ola bilər. Ancaq Rusiya hazırda sanksiyalara görə xeyli əziyyət çəkir. Düşünürəm ki, sanksiyaların ləğvindən çox insan qazanacaq”, – deyə o bildirib.