Kremldən “Facebook” açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmi Kremlin sözçüsü Dimitri Peskov “Facebook” barədə açıqlama verib.

 

Rəsmi Kremlin sözçüsü Dimitri Peskov “Facebook” barədə açıqlama verib.

TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, dünən “Facebook” sosial şəbəkəsinin sahibi Mark Zükerberq rus agentləri tərəfindən alınan və ABŞ-dakı prezident seçkiləri ilə əlaqədar olan 3 min reklamı ABŞ Konqresinə təqdim edəcəyini açıqlamışdı. Dimitri Peskov isə Rusiya hökümətinin bu işlə heç bir əlaqəsi olmadığını və “Facebook”da reklam yayımlamadıqlarını açıqlayıb.

Qeyd edək ki, Rusiya ABŞ-dakı prezident seçkilərinə müdaxilədə ittiham edilir və ABŞ höküməti uzun müddətdir bu məsələni araşdırır. Bir müddət əvvəl “Twitter” sosial şəbəkəsinin məsələ ilə bağlı hesabat verəcəyi bildirilmişdi.