KREML TƏCAVÜZÜNDƏN QURTULMAĞIN YEGANƏ YOLU NATO ÜZVLÜYÜDÜR… RUSİYA XALQINI NECƏ ALDADIR?backend

KREML TƏCAVÜZÜNDƏN QURTULMAĞIN YEGANƏ YOLU NATO ÜZVLÜYÜDÜR… RUSİYA XALQINI NECƏ ALDADIR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO üzvlüyü 3 Baltikyanı ölkələrə Kreml təcavücündən qoruma qalxanı verib. Bundan o nəticəyə gəlmək olar ki, Rusiya təcavüzündən yeganə çıxış yolu NATO üzvlüyüdür.

Tribunainfo.az xəbər verir ki, bu haqda “Real” üzvü Natiq Cəfərli yazıb. O bildirib ki, məhz elə Kreml siyasəti post-sovet və post-sosialist ölkələrini NATO üzvlüyünə tərəf itələyir:

“Ukraynanın NATO-ya üzv olmaq həvəsi məhz elə Kremldən qorunmaq üçün olduğunu Kreml elə öz təbliğatı ilə sübut edir, haqq qazandırır.

Moskva deyir ki, Ukraynanın NATO-ya üzv olması Rusiya üçün ona görə təhlükədir ki, Ukrayna sərhədlərindən Moskvaya cəmi 740 km-dir. Yenə öz əhalisini aldadır: NATO üzvü olan Latviya sərhəddində elə nöqtələr var ki, oradan Moskvaya daha yaxındır. Deməli, NATO Moskvanı vurmaq istəsəydi, Ukraynadan niyə vururdu ki, elə Latviya ərazisindən vurar, bununla da öz hədəflərinə çatardı”.

N.Cəfərli bildirib ki, Kreml Ukraynaya hücum etmədən öncə bəyan edirdi ki, Moskvanın əsas hədəfi NATO güclərini, infrastrukturunu Rusiya sərhədlərindən uzaqlaşdırmaqdır:

“Yaxşı, son 1 ildə NATO Rusiyadan uzaqlaşdımı?! Tam tərsi, İsveçin və Finlandiyanın NATO üzvlüyünə namizədliyi Baltik dənizini az qala NATO-nun daxili dənizinə çevirir, NATO ilə Rusiyanın 1200 km-lik quru sərhədi, Finlandiyanın üzvlüyündən sonra 2 dəfə artaraq 2400 km-ə yaxın olur. Deməli Ukraynaya təcavüz NATO-nu Rusiya sərhədlərinə daha da yaxınlaşdırdı, Finlandiyadan isə, məsələn, Sankt-Peterburqa 148 km-dır,
– Moskva deyir ki, Donbasda rus-rusdilliləri qorumaq üçün hərbi əməliyyata əl atdı. 2014-2022-ci illər arası Donbasda ilə ortalama cəmi 7-8 nəfər vətəndaş həlak olurdu, indi isə son 1 ildə Ukraynaya məxsus Donbasda müharibə və Rusiyanın təcavüzünə görə 30 minə yaxın dinc sakin həlak olub, bir tək Mariupolda 20 mindən çox dinc sakinin həlak olduğu bilinir – budur vətəndaşları qorumaq?!

Rusiya təbliğatı iflasa uğrayır, daxili auditoriyanı da itirir, məhz buna görə son həftələr Kreml təbliğat “bülbülləri” şezofrenik həddə danışmağa başlayıblar, çünki arqumentlər çürüyüb, indi ancaq vətəndaşların müqəddəs hisslərinin istismarı üzərinə oynamağa çalışırlar”.