KREML: RUSİYA ERMƏNİSTANI MÜTTƏFİQ HESAB EDİR

KREML: RUSİYA ERMƏNİSTANI MÜTTƏFİQ HESAB EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan məqsədəuyğun hesab etdiyi ölkələrlə ikitərəfli münasibətləri inkişaf etdirən suveren ölkədir”. Tribunainfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov Ermənistan və Böyük Britaniyanın 2023/24-cü illər üçün müdafiə sahəsində əməkdaşlıq proqramı imzalaması faktını belə şərh edib: “Bizim Ermənistanla münasibətlərimiz var. Və təbii ki, Ermənistan dost ölkədir, o, bizim müttəfiqimizdir. Biz müttəfiqlik münasibətlərimizi inkişaf etdirməyə davam edəcəyik”.