Rusiya Prezidenti Vladimir Putin və Slovakiya Baş naziri Robert Fitso Ukrayna ilə bağlı fikir mübadiləsi aparıblar.
Tribunainfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Putin Fitsoya Ukraynadakı vəziyyətə baxışından danışıb.
Kreml rəsmisi vurğulayıb ki, Putin və Fitso arasında ətraflı danışıqların mövzuları arasında enerji və qaz da olub.
Peskov deyib ki, Putin və Fitso Rusiya Federasiyası ilə Slovakiya arasında Bratislavada əvvəlki hakimiyyətlər tərəfindən zərər çəkmiş münasibətləri də müzakirə ediblər.
Kreml sözçüsünün sözlərinə görə,Rusiyada Avropa ölkələrinə Ukrayna ərazisindən tranzitlə nəql olunan qazla bağlı vəziyyət mürəkkəbdir və bu vəziyyət diqqətin artırılmasını tələb edir.
Qeyd edək ki, Putin-Fitso danışıqları dekabrın 22-də axşam gec saatlarda Kremldə baş tutub.