Kreml Putinin oxşarı olması ilə bağlı məlumatları təkzib etdibackend

Kreml Putinin oxşarı olması ilə bağlı məlumatları təkzib etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinin oxşarı olması ilə bağlı məlumatları təkzib edib.

Peskov bu cür bəyanatların Kremldə ancaq gülüşə səbəb olduğunu söyləyib.”Xeyr. Heç bir oxşar yoxdur. Bu, bir sıra KİV-lər tərəfindən inadla müzakirə olunan absurd informasiya şayiələri kateqoriyasına aiddir. Əlbəttə ki, bu, təbəssümdən başqa heç nəyə səbəb olmur”, – deyə Kremlin sözçüsü vurğulayıb.