Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Vladimir Putinin Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanıyan Monqolustana səfərindən narahat deyil.
Tribunainfo.az xəbər verir ki, bubarədə RİA Novosti yazıb.
Putinin BCM-nin həbsinə dair orderlə bağlı Monqolustan hakimiyyəti ilə danışıqların olub-olmaması haqda sualı cavablandıran Peskov belə cavab verib: “Əlbəttə, səfərin bütün aspektləri diqqətlə hazırlanıb”.
O, həmçinin Kremlin “Monqolustandan olan dostlarla əla dialoqu” olduğuna əmin edib.
Xatırladaq ki, Vladimir Putin sentyabrın 3-də Monqolustana gedəcək. Bu, onun 2023-cü ilin martında, məhkəmənin Rusiya prezidentinin həbsinə order verdiyi vaxtdan bəri Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Roma Əsasnaməsini imzalayan ölkəyə ilk səfəri olacaq.