Kreml: Putin danışıqlar üçün Türkiyəyə getməyəcək

Kreml: Putin danışıqlar üçün Türkiyəyə getməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin İstanbulda keçiriləcək Rusiya–Ukrayna danışıqlarında iştirak etməyəcək.

Tribunainfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

Zaxarovanın sözlərinə görə, danışıqlar Türkiyə tərəfinin təşəbbüsü ilə günün ikinci yarısına təxirə salınıb.

Bu gün səhər saatlarında Rusiya mediası danışıqların guya mayın 15-i saat 10:00-da başlanacağını yazmışdı. Lakin Ukrayna Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bu məlumatı təkzib edib. O bildirib ki, belə bir vaxt rəsmi şəkildə planlaşdırılmayıb, bu da Rusiyanın danışıqlar mövzusundan manipulyativ məqsədlərlə istifadə etməyə çalışdığını göstərir.

“Bu iddiaların fonunda rusiyalı təbliğatçılar danışıqlar vaxtının guya artıq bəlli olduğunu yazaraq, ‘danışıqları hamı istəyir, bircə Ukrayna yox’ kimi yalanlar yayırlar. Əslində isə sülhə doğru hərəkət etməyən tərəf elə Rusiyanın özüdür. Moskva nə 30 günlük atəşkəsi, nə də ciddi dialoqu qəbul etmir və üstəlik, bu cür yalan məlumatlar yayır”, – deyə Kovalenko qeyd edib.

İmran Kərimli