Kreml Paşinyanı DEVİRMƏK üçün hərəkətə keçdi – yeni Moskva layihəsi…

Kreml Paşinyanı DEVİRMƏK üçün hərəkətə keçdi – yeni Moskva layihəsi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan “Ümumerməni Cəbhəsi” adlı yeni partiya yaradıb.
Tribunainfo.az-a danışan siyasi şərhçi Ramiyə Məmmədova bildirib ki, sabiq nazir Kreml layihəsidir. Onun fikrincə, Rusiya Paşinyanı devirmək üçün hərəkətə keçib. Ekspert hesab edir ki, Karapetyan bunu bacarmayacaq: “Paşinyan ölkədə antirus ovqatı yarada bilib. O, xalqa göstərir ki, bütün günahlar Rusiyadadır və Moskva bizi satıb. Brüsseldə ona verilən dəstək də əlini gücləndirdi və xalqı inandırır ki, Ermənistan Avropa ölkəsi olacaq”.
Karapetyan bildirib ki, hazırkı hökumət ölkəni idarə etmək iqtidarında deyil. Partiya sədri baş nazir Nikol Paşinyanı istefaya çağırıb:
“Biz daha güclü Ermənistan yaradacağıq. Bütün dəyişikliklərə partiyamız yox, xalq qərar verəcək”, o deyib.

Roman