Kreml hesab edir ki, Yevgeni Priqojinin ölümündən sonra Rusiyada yeni hərbi qiyam təhlükəsi var.
Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatına Kremlə yaxın iki həmsöhbət və əvvəllər hüquq-mühafizə orqanlarında çalışmış dövlət məmuru məlumat verib.
Mənbələr bildiriblər ki, kəşfiyyat xidmətləri artıq iyunun sonunda Vaqnerin təşkil etdiyi “iğtişaşlar”a nəzarət etmək və qarşısını almaq üçün çalışır.
“Priqojinin mirası Ukrayna, Afrika və Yaxın Şərqdə teleqram kanalları və siyasi texnoloqlardan ibarət media imperiyası tərəfindən dəstəklənən döyüş təcrübəsi olan hərbi birləşmələrdir. Və indiki formada Kreml “Vaqneri” saxlaya bilməyəcək” deyən mənbələr “RMK-nın ləğv ediləcəyini” ehtimal edir.
“Məsələn, “Vaqner”in bir çox üzvləri Priqojinin ölümünün arxasında hakimiyyətin ola biləcəyinə inanırlar. Hakimiyyət isə belə risklərə göz yuma bilməz”, – Beynəlxalq Böhran Qrupunun analitiki Oleq İqnatov bildirib.