“Kreml məruzəsi” sanksiya deyil, tövsiyə xarakterlidir – ABŞ Maliyyə Nazirliyi

“Kreml məruzəsi” sanksiya deyil, tövsiyə xarakterlidir – ABŞ Maliyyə Nazirliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinə təqdim edilən “Kreml məruzəsi” sənədi sanksiya deyil, tövsiyə xarakterlidir.

Bu barədə Birləşmiş Ştatların Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

 Nazirlik bəyan edir ki, ayrı-ayrı şəxslərin və ya təşkilatların hesabatın hər hansı hissəsinə daxil edilməsi bu fiziki və hüquqi şəxslərə qarşı sanskiya tətbiqini nəzərdə tutmur: “Sənəd belə şəxslərə qarşı hər hansı məhdudiyyət və qadağa da yaratmır”.

Qeyd edək ki, ABŞ-da “Kreml məruzəsi” adlı siyahı dərc olunub. Hesab edilir ki, sənəddə adı keçən Rusiya rəhbərliyinə yaxın şəxslər Vaşinqtonun məhdudlaşdırıcı tədbirləri ilə qarşılaşa bilərlər. (Trend)