Ötən gün Rusiya lideri Putinlə görüşən prezident Ərdoğanın Ukrayna ilə bağlı etdiyi vasitəçilik təklifinə Kremldən cavab gəlib.
Tribunainfo.az “Sondakika”ya istinadən xəbər verir ki, Kremlin sözçüsü Peskov mətbuatın Ərdoğanın vasitəçi olub-olmayacağı ilə bağlı sualına belə cavab verib: “Xeyr, bu mümkün deyil”.
Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatı sammit çərçivəsində Qazaxıstanın paytaxtı Astanada görüşdə çıxış edib.
Prezidentlikdən verilən açıqlamaya görə, Ərdoğan Putinə Rusiya ilə Ukrayna arasında hər iki tərəfin məqbul olacağı sülhün mümkün olduğunu və vasitəçilik edə biləcəklərini bildirib. Bu bəyanat haqqında Kremldən aydın cavab gəldi. Kremlin sözçüsü Dmitri Peskov mətbuatın Ərdoğanın vasitəçilik edib-etməyəcəyi ilə bağlı sualına belə cavab verib: “Xeyr, bu mümkün deyil”.