backend

Kredit borcu olanlar fitrə verə bilər? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq mübarək Ramazan ayının sonuna yaxınlaşırıq. 

Artıq mübarək Ramazan ayının sonuna yaxınlaşırıq.

 Ruzi bərəkət və sevgi ayı olan Ramazana xas başqa ibadətlər də var. Bunlardan biri və islam dinində vacib sayılan fitrə sədəqəsidir. Amma bu sədəqənin verilməsində də qaydalar və məhdudiyyətlər var. Bəs fitrəni kimlər verməli və borcu olanlara fitrə çıxarmalıdırmı?

Acların doyurulduğu, ehtiyac sahiblərinin üzünün güldüyü Ramazan ayı fitrə kimi əhəmiyyətli yardımla qurtarır.

Bəs fitrəni kimlər verməli və borcu olanlara fitrə çıxarmalıdırmı? Bu xeyir əməldə məqsədin imkansızları sevindirmək olduğunu xatırladan ilahiyyatçılar bildirir ki, maddi vəziyyəti qaydasında olan hər müsəlman evindən adam sayına görə fitrə çıxmalıdır.

Ancaq maddi vəziyyətini çətinə salacaq qədər borcu olanlar, yaxud da əmlakı və gəlirinin böyük əksəriyyətini borca ödəməli olanlar fitrədən azaddır.

Ağa Hacıbəylinin sözlərinə görə borc batağında olanların özünə fitrə düşür.

İslama görə borcu olanların əsas vəzifəsi onu qaytarmaq, borclu olduğunun haqqını ödəməkdir.

İlahiyyatçıların sözlərinə görə fitrə mütləq Bayram namazınadək verilməlidir. Məqsəd budur ki, fitrəni alan şəxslər də evlərində bayram əhvalı yaşasın. Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi fitrə miqdarı isə adambaşına minimum 5 maksimum 10 manat arasındadır.