2023-cü ilin ilk 6 ayını xalis mənfəət ilə başa vurduğunu açıqlayan “KredAqro BOKT” son bir ay ərzində dəfələrlə məhkəməyə verilib.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, qarşıdakı 30 gün ərzində “KredAqro BOKT”la bağlı 11 məhkəmə işinə baxılacaq. 11 məhkəmə işindən əksəriyyəti “KredAqro”ya qarşı irəli sürülmüş ittihamlardır.
Proseslərdən biri isə “KredAqro” tərəfindən vətəndaşağa qarşı qaldırılmış iddiadır ki, bu işin də mahiyyəti mənzildən çıxarılmadır. Belə ki, BOKT Məcidova Mahirə və MəcidovƏdalətlə bağlı məhkəməyə müradiət edib. İşin mahiyyəti mənzildən çıxarılmadır. İşə hakim Ayaz Mahmudov sədrlik edir.