Yemelyanov Beynəlxalq Hava Limanından Bakıya müntəzəm reyslərə start verilib.
Yemelyanov Beynəlxalq Hava Limanından Bakıya müntəzəm reyslərə start verilib.
TİA.AZ aeroportun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan paytaxtına uçuşları “İrAero” aviaşirkəti yerinə yetirir.
Krasnoyarsk – Bakı marşrutu üzrə ilk uçuş iyunun 21-də yerinə yetirilib.
Məlumata görə, birinci reysdə hava gəmisinin yüklənməsi 100 faiz təşkil edib. Bu istiqamət üzrə uçuşlar yay cədvəlinin sonunadək, yəni oktyabrın 25-dək davam edəcək.
Reyslər çərşənbə və bazar günləri olmaqla həftədə iki dəfə həyata keçiriləcək. Krasnoyarskdan uçuş yerli vaxt ilə 18.50-də, Bakıya çatma isə 20.30-dadır. Eyni zamanda Bakıdan yerli vaxtla 21.30-da havaya qalxacaq təyyarə 04.50-də Krasnoyarskda eniş edəcək. Uçuşlar “Sukhoi Superjet 100” hava gəmisi vasitəsi ilə həyata keçirilir.