“Kral Təbabət” CƏRİMƏLƏNDİ

“Kral Təbabət” CƏRİMƏLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nərimanov rayonu ərazisində yerləşən “Kral Təbabət”də aparılan yoxlama zamanı bəzi nöqsanlar üzə çıxıb.

Tribunainfo.az xəbər verir ki, klinikanın lisenziyadan kənartibbi xidmətlər göstərdiyi məlum olub. Yoxlamadan sonra klinika barəsində İnzibati Xətalar Məcəlləsinin epidemioloji sağlamlıq qaydaları əleyhinə olan 215.1-ci maddəsini pozduğu müəyyən edilib. Belə ki, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

“Kral Təbabət”lə bağlı işə 12 iyun tarixində Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.

Klinikanın mövqeyini işıqlandırmağa hazırıq.

Nigar