“Qarabağ”ın qapıçısı Mateuş Koxalski qış “transfer pəncərəsi”ndə komandadan ayrıla bilər.
Tribuna xəbər verir ki, bu barədə Polşanın gol24.pl saytı məlumat yayıb.
Bildirilib ki, Çempionlar Liqasında yaxşı oyun sərgiləyən qolkiperin xidmətində “Napoli” və “Borussiya” (Dortmund) maraqlıdır. Almaniya təmsilçisi artıq bununla bağlı hərəkətə keçib və 25 yaşlı çərçivə qoruyucusunun meneceri ilə danışıqlara başlayıb.
İtalyanlar isə qış fasiləsində “Qarabağ”a rəsmi təklif göndərəcəklər.
Amma nə adıçəkilən klublar, nə də “Qarabağ” tərəfindən bu barədə rəsmi açıqlama verilib.










