Kosovada növbədənkənar parlament seçkilərinin vaxtı müəyyənləşib.
TİA.AZ Reuters-ə istinadən xəbər verir ki, prezident Haşim Taci seçkilərin 6 oktyabrda keçiriləcəyini açıqlayıb.
Xatırladaq ki, Kosovanın Baş naziri Ramuş Haradinay 19 iyulda istefa verib. O, 1998-1999-cu illərdə Serb qüvvələrinə qarşı qiyamda iştirak edərək hərbi cinayət törətməkdə ittiham edildiyinə görə bu addımı atmaq məcburiyyətində qaldı.