Alimlər kosmosun dərinliklərindən gələn intensiv radiosiqnalın mənbəyini izləyərək təəccüblü kəşf ediblər.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, 11,3 milyard il yaşı olan və Yerdən cəmi iki milyard işıq ili uzaqda yerləşən bu qalaktika elm aləmində heyrətə səbəb olub.
Əvvəlki sürətli radio partlayışlarının (FRB) mənbələrinin ümumiyyətlə gənc və aktiv qalaktikalar olduğu düşünülsə də, bu kəşf mövcud anlayışı tamamilə dəyişib.
Hər biri kosmik tapmaca olan bu siqnalların mənşəyi ilə bağlı araşdırmalar uzun müddətdir ki, davam edir. Qara dəliklərdən tutmuş fövqəlnova partlayışlarına və hətta yadplanetlilərin texnologiyalarına qədər bir çox nəzəriyyələr müzakirə olunsa da, dəqiq bir nəticə əldə olunmayıb.
Lakin bu dəfə elm adamları yeni FRB-nin izinə düşə və onun mənbəyini müəyyən edə biliblər. 2024-cü ilin fevral ayında aşkarlanan və 2024-cü ilin iyul ayına qədər davam edən bu siqnal teleskopların gözlərini kainatın dərinliklərinə çevirdi. Qarşılaşdığımız qalaktika tam sürpriz oldu: Bu qalaktika gənc və aktiv bir sistem deyil, çoxdan ulduz istehsalını dayandırmış “ölü” qalaktika idi.
Əflatun