1400 işıq ili məsafədə bir ulduzun ətrafında fırlanan cismin Günəşdən daha isti olduğu müəyyən edilmişdir.
Tribunainfo.az TRTHaber-ə istinadən xəbər verir ki, bu obyektlər planetlər və ulduzlar arasında maraqlı bir kateqoriya olan qəhvəyi cırtdan adlanır.
Cisim öz ulduzu ilə o qədər yaxın orbitdədir ki, onun temperaturu 8000 Kelvin (7727 dərəcə Selsi) keçir.
Komanda bildirib ki, bu kəşf bizə Yupiter kimi qaz nəhənglərinin hədsiz dərəcədə isti, böyük ulduzların ətrafında fırlanması ilə nə baş verdiyini anlamağa kömək edə bilər.