SOFIA infraqırmızı teleskopunun məlumatlarından istifadə edərək yeni bir araşdırma İris və Massalia asteroidlərinin səthində su aşkar edib.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Günəş sistemimiz planetlərdən və aylardan tutmuş kometlərə və asteroidlərə qədər müxtəlif obyektlərin toplusudur.
Hesab olunurdu ki, Günəş ətrafında 1 milyondan çox asteroid var və onların üzərindəki su çoxdan buxarlanmış olmalıdır.
Bununla belə, SOFIA infraqırmızı teleskopunun məlumatlarından istifadə etməklə aparılan yeni araşdırmada İris və Massalia asteroidlərinin səthində su aşkar edilib.
Milyonlarla asteroid arasında İris digər asteroidlərin təxminən 99 faizindən böyük olan 199 kilometr diametrə malikdir.
Yupiter arasındakı asteroid qurşağında o, Günəş ətrafında orta hesabla 2,39 astronomik vahid məsafədə fırlanır və bir orbiti tamamlamaq üçün 3,7 il çəkir.
Dəniz Pənahova