Korrupsioner prezidentin evindən 4 milyon dollarlıq rəsm əsəri götürülüb

Korrupsioner prezidentin evindən 4 milyon dollarlıq rəsm əsəri götürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentina polisi aparılan korrupsiya işi çərçivəsində senator və eks-prezident Kristina Fernandes de Kirşnerin evindən 31 ədəd rəsm əsərini müsadirə edib.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, həmin əsərlərin ümumi dəyəri 4 milyon dollardan çoxdur.

Müsadirə əməliyyatı hakim Klaudio Bonadionun göstərişi ilə icra edilib.

Hələ bu liin avqust ayında Fernandes de Kirşnerin evində polis tərəfindən ciddi axtaırş tədbirləri həyata keçirilmişdi.

Hakim Klaudio Bonadio hazırda parlament toxunulmazlığından yararlanaraq həbs cəzasından qurtulan keçmiş dövlət başçısının korrupsiya əməllərinə dair əlavə sübutların gətirilməsini istəyib.

Kirşner haqqında cinayət işi keçən ilin noyabr ayında başlanılıb.

Hər şey Argentinanın keçmiş planlaşdırma naziri müavininin sürücüsü Roberto Barratın arvadının çantalarla pul daşıyan ərini polisə “satması”ndan sonra baş verib.

İstintaqın rəyinə görə, bu pullar tikinti və energetika şirkətlərindən alınan rüşvətlər olub. Sürücünün evində aparılan axtarış zamanı onun bütün fəaliyyətini qeydə aldığı qara dəftərini üzə çıxarıb.

Dəftər isə işi Argentina prezidentinə qədər götürüb.