“Körpü-Bina-Tikinti” MMC cərimələndi

“Körpü-Bina-Tikinti” MMC cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Körpü-Bina-Tikinti” MMC gömrük qaydalarını pozduğuna görə barəsində cərimə protokolu yazılıb.

Tribunainfo.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 499.1.3-cü maddəsini pozub.
Tələbi pozulan maddəyə əsasən, bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

“Körpü-Bina-Tikinti” MMC-nin işinə 27 mart tarixində Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Roman