Körpü bağlandı, Şimali Koreya yalnızlığa məhkum edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin ilə Şimali Koreya arasındakı “Dostluq körpüsü”nün təmir məqsədilə bağlanması dünyanın ən qapalı ölkəsini bir qədər də təcrid edib.
 Çin ilə Şimali Koreya arasındakı “Dostluq körpüsü”nün təmir məqsədilə bağlanması dünyanın ən qapalı ölkəsini bir qədər də təcrid edib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Çin xarici işlər nazirliyinin sözçüsü Qenq Şuanq açıqlama verərək Yalu çayı üzərində yerləşən və Çinin Dandonq şəhəri ilə Şimali Koreyanı birləşdirən körpünün təmirə bağlandığını, yenidən istifadəyə veriləcəyini deyib. Lakin açılış tarixi barədə heç bir informasiya verilməyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Çinin “Air China” havayolu şirkəti tələb azlığı səbəbilə Şimali Koreyanın paytaxtı Pxenyana uçuşları ləğv etdiyini açıqlamışdı. Hər iki qərarın ABŞ-ın Şimali Koreyaya qarşı sanksiyaları artırdığı dövrə təsadüf etməsi bəzi iddialara səbəb olub. Həmçinin Şimali Koreyanın daha böyük tənhalığa məhkum edilməsi barədə fikirlər səsləndirilib.