Ana südü yeni doğulmuş körpələr üçün ən ideal qidadır. Heç bir körpəni bu qidadan məhrum etmək olmaz. Ancaq bəzi hallar var ki, məhz o səbəblərdən körpələrə ana südü vermək olmaz.
Tribunainfo.az yazır ki, pediatr Günay Rəsulovanın sözlərinə görə, yağlı- yağsız, duzlu- duzsuz, kalorili- kalorisiz, mikroblu- mikrobsuz ana südü olmur. Bu yanlış təsəvvürlərdür.
Pediatr yalnız aşağıdakı səbəblərə görə ana öz övladına süd verə bilməz:
-Anada HİV infeksiyası(QİÇS)
-Müalicə edilməmiş Bruselyoz(müvəqqəti)
-Aktiv Vərəm(müvəqqəti)
-Gilə ucu herpes səpgiləri olan Analar(müvəqqəti)
-Diaqnostika və ya müalicə məqsədilə radyoizotoplara məruz qalan analar(müvəqqəti)
-Onkoloji müalicə(sitostatiklər) Qızıl preparatları ,Yod əsaslı X-şüalı kontrast məhlul alan analar(müvəqqəti)
-SMV seropozitiv anaların 1500 gr az və ya 32 həftədən tez doğulan uşaqlar
-H1N1 infeksiyası keçirən analar qızdırma düşüncə qədər(müvəqqəti)
-Süd vəzi absesi olan ana(müvəqqəti)
-Şizofreniyalı Ana( övladına zərər verə bilər).
Həkim bəzi sual doğuran məqamlara da aydınlıq gətirib:
“Çox sual edilir ki, mənfi rezus qan daşıyıcısı ana süd verə bilərmi? Əlbəttə, berə bilər. Mastitli( süd vəzisi şişkinləşmiş, qızarmış, qızdırma verən) ana da əksinə çox süd verməli, körpəni bol-bol əmizdirməlidir. Həmçinin qızdırmalı ana süd verə bilər, hamilə ana da (Obstetrik risk daşımırsa) övladına süd verə bilər, həmçinin hepatit B, C-li ana gilə ucunda qanayan çat yoxdursa əmizdirə bilə”.