Kastamonuda hamiləliyini ailəsindən gizlədərək dünyaya gətirdiyi körpəni tualetdə zibil qabına atan gənc qadın azadlığa çıxmaq istədiyini bildirib.
Tribunainfo.az SonDakika-ya istinadən xəbər verir ki, gənc qadın peşman olduğunu deyib:
“Çantanı evdə atama verəndə ağzı açıq idi. atam zibil atanda çantanı bağlamış ola bilər”, – deyərək özünü müdafiə edib.
Hadisə Kastamonu şəhər mərkəzi, Kuzeykent rayonu, Karadut küçəsində baş verib.
Əldə edilən məlumata görə, vətəndaşlar tərəfindən zibil qabının yanında zibil torbasına bükülmüş oğlan uşağı tapılıb. Kastamonu Təhsil və Araşdırma Xəstəxanasında yeni doğulan oğlan uşağı sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra həyata qaytarılıb.
Hadisənin ardından Kastamonu İl Təhlükəsizlik Müdirliyi qrupları tərəfindən aparılan iş nəticəsində zibillikdə tapılan körpənin anası Cansu Ç. olduğu aşkar edilmişdir. Cansu Ç.-nin ailəsinin xəbəri olmadan tualetdə uşaq dünyaya gətirdiyi müəyyən edilib.