Uşaqların üzündən öpmək qətiyyən olmaz. Xüsusi ilə də yenidoğulmuşları, körpələri öpmək heç olmaz.
Tribunainfo.az xəbər verir ki, bu barədə pediatr Günay Rəsulova məlumat paylaşıb. O bildirib ki, körpələrin üzü, dərisi həssas olur və öpüş zamanı dermotid dediyimiz səpkilər yaranmağa başlayır:
“Yəni uçağın üzü qızarır, qabığlanır, səpir. İkinci növbədə uşağın üzündən öpərkən hava-damcı yolu ilə həmin şəxsin nəfəsindən uşağa infeksiya keçə bilər. Həmçinin ağız suyu təması ilə uşağın həm dərisinə infeksiya da düşə bilər. Uşağın ümumi bədəninə infeksiya keçərsə bunun ağırlaşmaları ola bilər. Ona görə də yad insanlara uşaqlarınızı öpməyə icazə verməyin. Mümkün qədər valideynlər uşağı öpen zaman diqqətli olmalıdır”.