Ermənilərin ötən gün mülki şəxsləri atəşə tutması nəticəsində ölən 2 yaşlı Zəhra Quliyevaya Şəhid adı verilməsi ilə bağlı məsələ gündəmə gəlib.
Ermənilərin ötən gün mülki şəxsləri atəşə tutması nəticəsində ölən 2 yaşlı Zəhra Quliyevaya Şəhid adı verilməsi ilə bağlı məsələ gündəmə gəlib.
Millət vəkili Fazil Mustafa bildirib ki, cəbhə bölgəsində dünyasını dəyişən hər bir şəxs şəhid adı verilə bilər: “Müharibə şəraitində düşmənin müəyyən təxribatı nəticəsində dünyasını dəyişən insanlar şəhid adını qazanırlar. Ona görə də, Zəhraya şəhid adının verilməsində heç bir problem olmamalıdır”, – deyə Fazil Mustafa bildirib.
<!–[if !supportLineBreakNewLine]–>
Millət vəkili Aydın Mirzəzadə isə bildirib ki, hüquqi baxımından aidiyyatı qurumlar bu işlə məşğul olmalıdırlar. “Sözün əsl mənasında əlbəttə Zəhra şəhiddir amma hüquqi baxımından bilmirəm körpə uşağa şəhid adı verilirmi”.
Hüquqşünas Mehman Muradlı TİA.AZ-a bildirdi ki, körpə uşağa şəhid adı vermək qanunsuzdur. Onun sözlərinə görə, Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında 15.01.1994-cü il tarixli 10 nömrəli qərarının 1.2.6-cı bəndinə əsasən, həmçinin bəzi dəyişikliklərin edilməsi barədə 15 iyul 2009-cu il tarixli 107 nömrəli Qərarı var:
“Qərarın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının azadlığı, süverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər Şəhid hesab edilirlər”.
İlahə