İran İslam Respublikasında nəşr olunan “Hüquq” qəzeti İranda uşaqların istismarı mövzusuna yer verib. İran İslam Respublikasında nəşr olunan “Hüquq” qəzeti İranda uşaqların istismarı mövzusuna yer verib.
“Şehrazat Baba Əlipur” adlı yazıçın adını daşıyan yazı İrandakı arxa küçələrin gerçəklərini üzə çıxarıb.
Qəzet Tehranda 11 yaşlı qız uşağının 6 nəfər tərəfindən təcavüzə uğradığına, küçələrdə işləyən qızların ilk cinsi əlaqəni 12 yaşında ikən yaşadığına dair bir məqalə nəşr edib.
Şehrazat “Bəzi deyilənlərə, bütün dəlillərə rəğmən inanmaq çətindir”, – deyə yazıb və paytaxt Tehranda 11 yaşlı qızın 6 nəfər tərəfindən bir körpünün altında təcavüzə uğradığını bildirib.
Qəzetdə 6-7 yaşlı bir qızın məruz qaldığı işgəncələr haqda da bəhs edilib.
Məlumatda bildirilib ki, bu qız gecə yarısı paytaxt Tehranda tapılıb.
Aparılan tibbi ekspertiza nəticəsində məlum olub ki, o, bir gündə dəfələrlə işgəncəyə məruz qalıb.
AİDS Araşdırmalar Mərkəzinin sədri DR. Minu Mühre İsna Xəbər Agentliyinə verdiyi müsahibədə Tehranda 1000 işçi uşağın üzərində apardıqları araşdırmaların nəticəsindən danışıb.
O, AİDS xəstəliyinin ən çox Tehranda yaşayan və 10-18 yaş arası uşaqlar arasında yayıldığını bildirib.
Mühre qeyd edib ki, küçədə işləyən qız və oğlan uşaqlarının çoxu bu xəstəliyə təcavüz nəticəsində yoluxub.
İranın Dövlət Qoruma Təşkilatı olan “Behzisti”nin hesabatına görə, kiçik yaşda küçələrdə çalışan İrandakı qız uşaqları ortalama 12.5 yaşda cinsi əlaqəyə (ümumiyyətlə təcavüz nəticəsində) başlayır.
Bu rəqəm oğlanlarda isə 13.7-dir. Küçədə işləyən uşaqların ümumilikdə 21%-i cinsi əlaqədə olur.
Dövlət təşkilatının hesabatında bildirilir ki, zorakılığa məruz qalmaq, soyğunçuluq və cinsi təcavüz İranda kiçik yaşda işləyən uşaqların gündəlik təcrübələri arasındadır.
Mevlut Beşnevayi Uşaq Hüquqlarını Qoruma Dərnəyinin Qəyyumlar heyətinin üzvüdür və 21 ildir uşaq hüquqları üzərində çalışır. Beşnevayi İranlı uşaqların cinsi təzavüzün mənasını qavramadıqlarını deyir.
O, bildirib ki, uşaqlara davamlı olaraq “heç kim sizin xüsusi bölgələrinizə toxunmamalıdır”, – deyə xatırlatmaq lazımdır.
Mevlut Beşnevayi “Hüquq” qəzetinə açıqlamasında bu sözləri deyib: “Lütfən cəmiyyəti və dövləti məlumatlandırın və onların bu mövzulara həssas olmalarını təmin edin.
Nə qədər ki, gözümüzü bağlayıb görməzlikdən gələcəyik, bu təhlükə cəmiyyətin yaxasını buraxmayacaq”.
İranda ümumiyyətlə, təcavüz xəbərləri rəsmi mediada yer almır və cəmiyyəti fəlakətə sürükləyən xəbərlərin yalnız bəziləri mətbuatda işıqlandırılır.