Koronaya qarşı peyvəndləmə nə vaxt başlayacaq? – Prezident açıqladı

Koronaya qarşı peyvəndləmə nə vaxt başlayacaq? – Prezident açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirusa qarşı vaksinasiya proqramına gələn ilin əvvəlindən başlaması planlaşdırılır.

Tia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının video-konfrans formatında keçirilən sammitində çıxışında deyib.

Prezident peyvəndlənmənin könüllü olacağını, dövlət hesabına aparılacağını bildirib.

Dövlət başçısı vaksinasiyaya dair strategiyanın hazırlandığını qeyd edib.