Pirola adlanan yeni koronavirus variantı BA.2.86 ictimai səhiyyə mütəxəssislərinin narahatlığını artırır.
Tribunainfo.az İndependent-ə istinadən xəbər verir ki, ABŞ, Böyük Britaniya və Çində Kovid-19 hadisələrinin yenidən artmasının arxasında bu variantın olub-olmadığı müzakirə olunur.
Ötən həftə ABŞ-da Kovid-19 səbəbiylə xəstəxanaya yerləşdirilənlərin sayında 19 faiz, ölüm hallarında isə 18 faiz artım qeydə alınıb.
Mütəxəssislər bildirirlər ki, Pirola əslində Omicron ştammının yüksək mutasiyaya uğramış alt-variantıdır.
Pirola, Covid-19 peyvəndlərinin hədəf aldığı sünbül proteinindəki 35 mutasiyanın nəticəsidir.
Virusun səthindəki uclu zülallar patogenin insan hüceyrələrinə daxil olmasına və yoluxmasına şərait yaradır. Buna görə də peyvəndlər bu zülalları təsirsiz hala gətirməyə diqqət yetirir.
Variantın bu qədər çox mutasiyaya məruz qalması onun pandemiyanın gedişinə necə təsir edəcəyi ilə bağlı maraq və qorxu yaradır
Yenə də mütəxəssislər peyvəndlərin yeni varianta qarşı nə dərəcədə effektiv olduğunu müzakirə etməyə davam edirlər.
Böyük Britaniya Milli Sağlamlıq İnstitutunun (NHS) Baş İmmunlaşdırma və Skrininq və Milli Direktoru Steve Russell, Pİrola variantı ilə bağlı açıqlamasında aşağıdakı ifadələrdən istifadə edib: “Çoxlu mutasiyaların xəstəliyin şiddətinə, peyvənddən yayınma qabiliyyətinə və yoluxuculuğa birgə təsirini proqnozlaşdırmaq çətindir. Amma biz aydın olduq ki, bu Omicron-un debütündən bəri ən narahatedici variantdır”.