Koronavirusa yoluxmuş deputat: “Özümü qorumağa çalışırdım”

Koronavirusa yoluxmuş deputat: “Özümü qorumağa çalışırdım”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusa yoluxmuş Milli Məclisin deputatı Sahib Alıyev bununla bağlı “facebook”da status yazıb.

“Report”un xəbərinə görə, o, özünü virusdan qorumağa çalışdığını qeyd edib:

“Nə qədər özümü qorumağa çalışsam da, çox təəssüf ki, mən də koronavirusa (COVID-19) yoluxdum. Sizin hər birinizə sağlıq arzulayıram və ümid edirəm ki, insanların daha çox getmək məcburiyyətində qaldıqları obyektlərdəki vəzifəli şəxslər virusun bu dərəcədə geniş yayılmasının qarşısını almaq üçün, nəhəyət, gərəkənləri edəcəklər”.