backend

KOROĞLU SİRRİ: ƏFSANƏDƏN HƏQİQƏTƏ -SON

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O əsrlərdə tayfa, ləhcə müxtəlifliyi olsa da vahid türk coğrafiyası, vahid türk milləti anlayışı mövcud idi, bu vahid coğrafiya, sadəcə olaraq, müxtəlif türkdilli hökmdarların təyin etdikləri dövlət sərhədləri ilə bölünürdü.  

O əsrlərdə tayfa, ləhcə müxtəlifliyi olsa da vahid türk coğrafiyası, vahid türk milləti anlayışı mövcud idi, bu vahid coğrafiya, sadəcə olaraq, müxtəlif türkdilli hökmdarların təyin etdikləri dövlət sərhədləri ilə bölünürdü. 

Çormaqun noyon da, Cəlaləddin də, qıpçaqlar da, Subuday bahadır da türk övladları idilər. Ona görə də  onlar əcdadlarımıza yad deyildilər. Amma onların içində yalnız Subuday bahadır fərqlənirdi, çünki mübarizə məqsədi başqa idi; məhz buna görə də  “Koroğlu”  ləqəbi  ilə  xalq  arasında  məşhurlaşmışdı.

 Yunanıstandan  Hindistana  qədər döyüşə-döyüşə gedən Makedoniyalı İskəndər niyə döyüş yolundakı xalqların sevimli qəhrəmanına çevrilmişdi? Çünki o ancaq hökmdarlarla kəllə-kəlləyə gəlirdi, xalqla isə heç bir işi yox idi. O , monqollar arasında da çox məşhur idi. Çingizxanın özü, sərkərdələr, o cümlədən də Subuday bahadır həmişə ondan böyük ehtiramla söz açardılar.

 Çingizxan Çini viran qoymuşdu. Monqollar oradan getdikdən xeyli sonralar da səyyahlar şəhərlərin kənarlarında qalaq-qalaq yığılmış insan skeletləri görmüşdülər. Amma bugün də çinlilər böyük xaqanı misilsiz bir qəhrəman kimi böyük məhəbbətlə anırlar. Çox təəcüblüdür! Doğrudur, o, çinliləri onlar üçün yad olan çurjenlərin və kidanların hakimiyyətindən azad etmişdi, amma özü məgər onlara doğma idimi? Xeyr. Aralarında heç bir dil və qan qohumluğu yox idi. Amma buna baxmayaraq on üçüncü əsrdə onu hətta ilahiləşdirməyə cəhd etmişdilər; o əsrə aid Çin qravüraları buna sübutdur. O qravüralarda Çingizxanın anası körpə Temuçini qucağında tutmuş şəkildə təsvir olunmuşdur. Qravüralar Kubilay xanın hakimittəti illərinə aiddir və xristian ikonaları tipindəndir, kilsəyə qoyularsa heç kimsə şübhə etməz ki, qucağında körpə həzrəti İsanı tutmuş qadın müqəddəs Məryəm anadır. / Bu işin haradan qaynaqlandığını da bilmək elə bilirəm maraqlı olar. O zaman Kubilay xan bütün Çinin, Monqolustanın hökmdarı və bütün monqolların xaqanı idi, paytaxtı Karakorum ilindən Pekinə köçürmüşdü. Aslanların arxasınca ac çaqqal sürüsü süləndiyi kimi ermənilər də onun arxasınca Karakorumdan Pekinə, onun sarayının yan-yörəsinə toplaşmışdılar, qravüranı da ona hədiyyə etmək üçün çinli sənətkara onlar sifariş vermişdilər. Kişiləri oğraşlığa meylli olan millətin qadınları da qəhbəliyə meylli olar, odur ki, erkək ermənilərin ardınca dişi ermənilər də Kiçik Asiyadan uzaq Pekinə məhz bu zamanlardan axın-axın gəlməyə başlamışdılar, çünki monqolların Xanbalık dedikləri bu böyük şəhər Karakorumdan fərqli olaraq çadırlardan, alaçıqlardan uzaq idi, gur şəhər həyatında isə qalib monqol sərkərdələrinin yataqlarına rahatca yol tapmaq, erkəklərinin ağıllarına gələn bu yeni dahiyanə ikona ideyalarına “mənəvi dəstək”  vermək olardı. Bu o vaxtlar idi ki, erməni hiyləgərliyinə uyub yüz yetmiş ilə yaxın bir müddət ərzində islam dünyasına qarşı səlib yürüşləri aparan Avropa mənasız qırğınlardan başqa heç bir şeyə nail olmadığını görüb silahı yerə qoymuşdu. Qüdrətli monqol xaqanlarına xristianlığı qəbul etdirmək yolu ilə müslimanlara şərqdən ikinci cəbhə açmaq planı da nəticəsiz qalmışdı. Çingizxan ailəsindən yalnız onun kiçik gəlini Sorkakdanə xatun xristianlığı qəbul etmişdi, bunu ermənilər Quyuk xanın ölümündən sonrakı illərdə Fransa kralına xəbər vermişdilər, o da casus Rubruku missioner pərdəsi altında məktubla böyük xaqan Munke xanın yanına göndərmişdi. Bu görüş zamanı o, xaqanın anası Sorkakdanə xatunla da görüşməli idi ki, bəlkə ana vasitəsilə xaqana din məsələsində təsir etmək mümkün olsun. Amma Rubruk Karakoruma yetişənə qədər Sorkakdanə xatun dünyasını dəyişmişdi. Paytaxt Pekinə köçürüləndən sonra ermənilər bu dəfə yeni və son dərəcə vicdansız bir üsula əl atırlar; qravüralarda Çingizxanı  “Allahın oğlu” hesab etdikləri həzrəti İsaya, anası Aylini  isə müqəddəs Məryəm anaya bənzədərək bu yolla Kubilay xanın qəlbinə girməyə çalışırlar. Nə qədər də hiyləgər bir üsuldur, deyilmi? Təsəvvür edin ki, bu qravüralar yavaş-yavaş monqol düşüncəsində özünə möhkəm yer tutur. Bundan sonra hər hansı xristian məmləkətinə hücum edəcəkləri halda hər bir evdə, hər bir kilsədə o şəkillərin bənzərlərini görərkən monqollar o məmləkəti özlərinə düşmən hesab edərdilərmi? /.

  Qısaca belə demək olar: hər bir xalq hansı adamı qəhrəman seçib-seçməməyi sonrakı nəsillərdən daha yaxşı bilir, çünki hər dövrün öz şərtləri var.

  İndi növbə qəhrəmanın adınındır. Bildiyimiz kimi Koroğlunun əsl adı Rövşən olmuşdur.

  Ba! Doğrudan.?! Bu daha çox farslar arasında yayğın  olan bir ad deyilmi? Vallah, sizi bilmirəm, amma mən türk babalarımın şanlı tarixini öyrənməyə başladığım vaxtdan onun əsl adının Rövşən olmasına şübhə etmişəm., burada nəsə doğru deyil demişəm. Koroğlunun Subuday bahadır olduğuna tam yəqinlik hasil etdikdən sonra isə şübhəm ikiqat artdı; əgər dastan yaradıcıları bu böyük həqiqəti, yəni Koroğlunun kim olduğunu gizləmişlərsə, hətta onun qüvvət mənbəyini  Qoşabulaq əfsanəsi şəklində rəmzlər pərdəsinə bürümüşlərsə, əsl adını doğru-düzgün deyərdilərmi? Təbii ki xeyr. Amma bəs niyə fars adı? Niyə Rövşən? Dastan türk xalqlarının dastanı, qəhrəmanın ləqəbi əsl türkcə, amma adı fars adı.?! O əsrlərdə at belində qılıncının ucu ilə tarix yazan türk insanının öz sevimli qəhrəmanına fars adı verməsi bu gün oğul-uşağımıza erməni adı verməmiz kimi bir şey olardı. Fars və erməni; bu iki millət min illərlə türk atlarının dırnaqlarından qopan toz-torpağı öz üst-başlarından təmizləməklə məşğul olmuşlar, son əsrlərdə Azərbaycan, Anadolu və Orta Asiya türklərini birbirindən ayırmaq məqsədi güdən ingilisin, rusun köməyi ilə özlərinə dövlət qurub türklüyə dil uzatmalarına baxmayın. Tarixdə boş bir yer yoxdur, qədimlərdən qədim olmaları kimi xəstə fantaziyalarla ora soxulmaq olmaz. Bütün dünyaya bəlli deyilmi ki, Nuh tufanından yalnız Nuh peyğəmbərin özü, üç oğlu və üç gəlini qurtulmuşdu? Bütün dünya bilmirmi ki, o peyğəmbərin Yafət adlı oğlundan türk oğulları, digərlərindən isə ərəb və yəhudi oğulları törəmişdi ?  Belə olan halda istisnasız olaraq bütün digər xalqlar, o cümlədən də farslar və ermənilər o üç xalqın birbaşa və ya dolayısı ilə hibridləşməsindən törəyənlər olmurmu? Həmin hibridlərdən bəziləri bu alçaldıcı sözdən  yaxa qurtarmaq, tufanın o üzündən birbaşa gəldiklərini sübut etmək üçün “tufan heç də hər yeri basmamışdı, bəzi yerlər quru qalmışdı” versiyasını irəli sürmüşlərsə də, necə deyərlər, tənqidə davamlı olmamışdır, çünki heç bir dini kitabda  “bəzi yerlər” haqqında eyham belə yoxdur. Sağ qalanlar yeddi nəfər olmuşdur; Nuh peyğəmbər, üç oğlu və üç gəlini, vəssalam. Bu öz yerində. Bu gün dünyanın erməni, köhnə kitablarda ərmini kimi tanıdığı, əslində isə adı hay olanlar Makedoniyalı İskəndərə qədər Balkanlarda taborlar halında yaşayan yunan-roma qaraçıları deyilmi? Yunanlar bunu bilmirlərmi? Elə ki Makedoniyalı İskəndər eramızdan əvvəl üçüncü əsrdə iranlılar üzərində ilk və böyük zəfərini qazanır, o zamana qədər əhəmənilərin nəzarəti altında  olan Kiçik Asiyanın qapısı Balkanlarda yaşayanların üzünə açılır; Balkanlarda nə ki ac millət vardı, o cümlədən də hay adlanan yunan-roma qaraçıları bu yeni torpaqlara axın-axın gəlməyə başlayırlar. Makedoniyalı İskəndər Hindistana qədər gedir, geri dönəndə dünyasını dəyişir, amma haylar Kiçik Asiyanı tərk etmək məcburiyyətində qalmırlar, çünki Böyük İskəndərin varisləri olmasa da dörd sərkərdəsi ağıllı tərpənib imperiyanı dörd yerə bölürlər və hərəsində birisi hökmranlıq edir. Kiçik Asiya , İran  sərkərdə Selevkin payına düşdüyü üçün onun adı ilə Selevkilər adlanan dövlətdə öz qaraçı taborlarında şad-xürrəm yaşamaqda davam edirlər.Yüz ildən çox keçir, Romalılar Selevkiləri məğlub edib Qafqaza doğru irəliləyirlər. Daha sonra Pompeyin legionu Xəzər sahillərinə qədər gəlib çatır. Yunan-Roma qaraçıları da at və kəl arabalarıyla taborlar halında onların ardınca gəlib bit-birə kimi bu yerlərə daraşırlar.Yeddinci əsrdən etibarən latınlıqdan yunanlaşmağa keçmiş Bizanslılar həqiqətən də onları sevmirdilər, çünki bir zamanlar qüdrətli Romaya belə çox böyük mədəni təsir edən, qədim Avropanın bu ən yüksək mədəniyyət daşıyıcıları onların qaraçı nəslindən olduğunu gözəl bilirdilər; adam yerinə qoyulmadıqları üçün də Səlcuqlu türkləri gələndə onlar yunanlılardan şikayət edib ağlaya-ağlaya türklərdən Kilikiyanı sədəqə kimi qopara bilmişdilər.

 Makedoniyalı İskəndərin müzəffər əsgərləri fars qızları ilə yaxınlıq etmişdilər ki, bu izdivacdan doğulanlar yunan – ellin meylli olsunlar, amma atla eşşəkdən törəyən qatır nə at, nə də eşşək olmadığı kimi, o bicbalalar da nə yunan, nə də fars ola bilməmişdilər, ortalıqda qaldıqlarını görüb özlərini həmin o qaraçı hay dəstəsinə aid etmişdilər. Bu günkü ermənilərin hansı qisminin yunan-roma qaraçısı, hansı qisminin farsdoğan bicbalalar olduğunu demək çətindir, min illərdir birbirlərinə qaynayıb qarışmışlar, ona görə də farslar yanlışlıq olmasın deyə bütün erməniləri özlərindən törəmə hesab edərək qohum deyib bağırlarına basırlar.

 Farslara  gəlincə… Var müasir fars, var orta fars, var qədim fars. Bax o qədim farslara pəhləvilər deyirlər, fars yəhudisi kimi də tanınırlar, türk kişiləri ilə yəhudi qadınlarının hibridi olmuşlar. Boyunlarına alsalar da belədir, almasalar da. Yeddinci əsrdə ərəblər farsların Sasanilər adlı son imperiyasını  çökdürdükdən  sonra  bu  millət bütün orta əsrlər boyunca bir daha ayağa qalxa bilməmişdi. Səlcuqlar, türkmənlər, qıpçaqlar, monqollar üstlərindən elədən beləyə, belədən eləyə keçmişdilər. Monqollardan sonra Teymurləng axsaya-axsaya qəzəblə “şumlamışdı” fars vilayətlərini. Sonra Qaraqoyunlular, Ağqoyunlular, qızılbaşlar…və…

 Və türklər möhtəşəm qəhrəmanlıq dastanı yaradırlar, qəhrəmanın adı isə fars adı olur?!

 Qəribədir! Subuday bahadırla Cebe noyon şahı qovma əməliyyatı zamanı əsasən qeyri-türklərə savaşın nə olduğunu göstərmişdilər; gürcülərlə, ruslarla, alanlarla və s. yanaşı burunlarını  ovduqları  millətlərdən  biri  də  farslar  deyildimi?

 Deyə bilərlər Babəkin əsl adı ərəb adı olan Hüseyn idi, buna baxmayaraq iyirmi il ərzində ərəblərə qarşı vuruşmuş, xilafətin beş böyük ordusunu dağıtmışdı. Elədir, amma bu adın sevimli peyğəmbərimizin nəvəsinin adı olması kəlməni millilikdən çıxarıb ümumislami zirvəyə qaldırmışdır, belə ki , milliyətindən asılı olmayaraq hər bir müsliman bu adı doğma hesab edir.

 Əlqərəz, şubhələnməkdə haqlıyammış. Dastanın variantlarından birində gördüm ki, Koroğlunun əsl adı Rövşən deyil, Uruşandır. Təsəvvür edə bilməzsiniz nə qədər sevindim! Axır ki axtardığımı tapmışdım. Kəlmə təhrif olunmuşdurmu ? Bəli. Amma dastan türk xalqlarının dastanı olmasaydı böyük bir ehtimalla mən də belə hesab edərdim ki, təhrif olunan  “Rövşən” kəlməsidir. Amma əksinədir. Təhrif olunan məhz  “Uruşan”  kəlməsidir. Orta Asiya türklərinin əksəriyyərinin dilində bu gün də  “vur”  sözü  “ur”  kimi işlədilir. “Vuruşmaq”  yerinə “uruşmaq” , “vuruşan”  yerinə  “uruşan” deyilir. Zaman  keçdikcə  bu  “uruşan”  kəlməsi  “ruşan” , “ruşən” və sonunda da farslaşaraq  “rövşən” şəklinə düşmüşdür. Demək, bu da  “Koroğlu” kimi ləqəbdir, ad deyildir. “Vuruşan,savaşan kor oğlu korun” əsl adı isə dastanda yoxdur və ola da bilməzdi; dediyim kimi, əgər dastan yaradıcıları onun Çingizxan sərkərdələrindən biri olduğunu gizləmək istəmişlərsə , demək hər şeydən əvvəl onun adını gizləməli idilər. Elə deyilmi?

 Dəmirçi ailəsində anadan olan Subuday bahadırın ləqəblərindən biri də, təbii ki, Dəmirçioğlu ləqəbidir. Sadəcə ona görə ki, atası dəmirçi idi. Əlbəttə, ləqəbləri atalarının peşələri ilə bağlı olan oğullar monqol ordusunda həddən artıq olmuşdur, amma  “Dəmirçioğlunun Çənlibelə gəlməsi”  hekayəsindəki bir məqam bu igidin məhz Subuday bahadır olmasından xəbər verir. O hansı məqamdır?

  Subuday Bahadırın qeyri-adi döyüş qabiliyyətini görüb heyrətlənən Camukanın onun haqqında dediyi  “zəncirini qırmış dəli” , “qudurmuş it” sözləri Çingizxanın, eləcə də bütün monqolların çox sevdikləri ifadələrə çevrilmişdi. Çingizxan xaqan seçildiyi zaman Subuday bahadıra böyük məhəbbətlə məhz bu sözlərlə müraciət etmişdi. Sadəcə bu “zəncir qırmaq”  ifadəsi dastanda birbaşa mənasında işlədilmişdir. Dəmirçioğlu Koroğlunun atını oğurlayarkən Koroğlu bir dəli nərə çəkir, Dəmirçioğlu huşunu itirib atdan yıxılır. Koroğlu tez onun əl-qolunu qalın zəncirlə bağlayır. Dəmirçioğlu özünə gələndə güc verib zəncirlərini qırır və Çənlibelə öz xoşu ilə gedib dəlilərə qoşulur.

  Bəs bir hekayədə eyni adam nədən iki müxtəlif adamlar kimi qarşılaşdırılmışdır? Söhbət Subudayın monqol ordusunda xidmət etməyə gəlişindən gedirsə o, Çingizxanın yanına gəlməli deyildimi ? Dəmirçioğlu Subuday bahadırdırsa  Koroğlu da  Çingizxan  olmurmu?

  Xeyr. Nəzərə almaq almaq lazımdır ki, dastan tarixdən götürülsə də tarix deyildir və qeyri-monqol xalqları tərəfindən yaradılmışdır. Üstəlik, hər bir hekayənin tarixi də müxtəlifdir; xalq dastandakı bütün informasiyaları eyni vaxtda ala bilməzdi axı onları tarixi ardıcıllıqla da düzüb qoşsun. Hekayənin özündən də göründüyü kimi Dəmirçioğlunun Çənlibelə gəlməsi  / və demək bu hekayənin də Koroğlu haqqındakı əfsanələrə qoşulması /  çox sonranın işidir. Qeyd etmişdim ki, Çormaqun noyonun başçılığı altındakı monqol qoşunları ikinci dəfə Azərbaycana hücum etdikdən sonra artıq burada davamlı qalmışdılar. İyirmi ildən sonra, yəni 1256-cı ildə isə  Azərbaycan Hülaku xanın İlhanilər dövlətinin tərkibinə qatılmış və Təbriz bu yeni böyük monqol imperiyasının paytaxtına çevrilmişdi. Ona görə də mənim fikrim belədir ki, yerli adamlar, yəni dədələrimiz Dəmirçioğlu haqqındakı hekayəni Çormaqun noyondan sonra Azərbaycanda məskunlaşan həmin ilk monqollardan eşitmişdilər. Subudayla Cebe getdikdən ən azı səkkiz-on il sonra. O zaman Subuday bahadır artıq çoxdan əfsanələrdə koroğlulaşmışdı. Görmürsünüzmü dəmirçi ata oğlunun zalımlara qan udduran, adı gələndə hamının əsim-əsim əsdiyi  Koroğlunun qalasına gedib onun atını gətirəcəyini deyəndə necə qorxuya düşür ?  Nə qədər onu bu qorxunc fikrindən döndərmək istəyirsə bir şey çıxmır. Dəmirçioğlu Çənlibelə gedir və sonunda oradakı dəlilərə qoşulur. Və bir halda ki o da  “dəli” idi , Çənlibelə qalxmışdı, demək o, Koroğlunun dəlilərindən biri olmalı idi. Çünki Çənlibelin bir tək sahibi vardı, o da Koroğlu idi.

  Və… Budur , əziz oxucum, nəhayət, sevimli qəhrəmanın izi ilə əsrlərin arxasına etdiyimiz səyahətimiz  başa çatdı, onun səni yormadığına, əksinə maraqlı olduğuna inanıram, ona görə də qızıl kimi vaxtını ayırıb mənimlə birlikdə Koroğlu axtarışına çıxdığın üçün peşman olmadığına əminəm. Axı necə olsa da Koroğlunun kimliyi barədə qəlbində zaman-zaman baş qaldıran şübhələrə birdəfəlik son qoydun, “qırat” və “dürat” sözlərinin mənasını, dərya atı və Qoşabulaq əfsanəsini anladın, igidlərin sayının niyə dörd yeddiliklə göstərilməsi, onlara niyə dəlilər deyilməsi, Koroğlu qalalarının niyə bu qədər geniş ərazilərə səpələnməsi  və s. bu kimi suallara cavab tapdın. Və bir daha əmin oldun ki, qəhrəmanlar həqiqətən də ölmürlərmiş, nə qədər gizli qalsalar da , başqa bir adın, ləqəbin kölgəsində görünməz olsalar da, səkkiz yüz ildən sonra da olsa günün birində bax beləcə işıq üzünə çıxırlar. Niyə?. Çünki onlar ölməzlik haqqını ölən günlərinə qədər  canlarını böyük təhlükələr burulğanlarına atmaqla, qaçınılmaz ölümün üzünə ömür boyunca qorxmadan cürətlə baxmaqla qazanmışlar. Hələ sağlığında şan-şöhrəti yerə-göyə sığmayan əfsanəvi sərkərdə Subuday bahadır məhz belələrindəndir; hətta deyərdim ki, o bu ölməzlik haqqını artıqlaması ilə qazanan tək-tük xoşbəxtlərdəndir. Çünki dünya durduqca nə  bir türkün qəlbindən Koroğlu sevgisi silinəndir, nə də Subuday adı ilə ölüb Koroğlu ləqəbi ilə dirilmək ondan başqa hansısa digər bir bəşər övladının taleyinə yazılan. Koroğlu bir dənədir, ona tay kimsə olmamış və olmayacaq da. 

   Munke xan 1259-cu ildə, yəni ilk tüfənglərin istehsala başlandığı ildə dünyasını dəyişir. Monqol şahzadələri bir il sonra onun yerinə Kubilay xanı böyük xaqan seçirlər. O zaman Kubilay xan Çin səfərində idi, qardaşının öldüyünü, onun yerinə özünün seçildiyini bilsə də hərbi yürüşünü dayandırmır, çünki Subuday bahadırın hər zaman hər yerdə yanıb-yaxılaraq dediyi sözlər onun da qulaqlarından sırğa kimi asılmışdı: “O zaman Quyuk xanla Buri bay Uqedey xanın öldüyünü eşidən kimi atlarının başlarının döndərməsəydilər indi son dənizə qədər bütün dünya bizim idi. Nə qalmışdı ki?. Bir tək firənglər, bir tək… Onlar da qorxularından gecələr yata bilmirdilər… Ah Quyuk xan! Ah Buri bay! Hər şey sizin üzünüzdən yarımçıq qaldı. Siz dönməsəydiniz Batı xan dönərdimi?..”

 Amma sonra xəbər gəlir ki, Kubilay xanın o biri qardaşı Arıq Buğa xan Karakorumda qarışıqlıq salıb xaqan taxtına oturmaq istəyir. Kubilay xan o zaman məcbur olub geri dönür, qardaşını məğlub edir. Amma ona heç bir pislik etmir, buna görə də bütün monqolların sevgisini qazanır və təkrar Çinə dönüb 1264-cü ildə paytaxtı Pekinə köçürür. Artıq tüfəngin meydana çıxmasının beşinci ili idi və o artıq gərəkli silah kimi xüsusilə varlılar arasında özünə yer etməyə başlamışdı. Əsasən ovçuluqda istifadə olunurdu.

   Günlərin birində Kubilay xanın Pekindəki son dərəcə təmtəraqlı sarayına yaşı yüzü haqlamış, beli bükülmüş, taqətdən düşmüş bir qoca gəlir. O, qapıdan girəndə bütün Asiyanı hökmü altında, qalan dünyanı da qorxu içində saxlayan, zamanın qüdrətli hökmdarı  Kubilay  xan dünyada heç bir kəs üçün etmədiyi hərəkəti edir ; taxtından qalxıb onun qabağına yeriyir, qoluna girib böyük bir ehtiram və nəvazişlə onu taxtının yanına gətirir və öz yanındaca oturdur. Şahzadələri, sərkərdələri çağırıb onun şərəfinə böyük bir ziyafət verir. Söhbət əsnasında qoca ona cəsarətlə tənəli sözlər deyir, onu belə təmtəraqlı, yar-yaraşıqlı sarayda oturduğu üçün qınayır. Deyir ki, biz məgər bunun üçünmü vuruşmuşduq, sən bu gün beləcə dəbdəbəli saraylarda oturasan deyəmi dörd bir tərəfimizlə mübarizə aparmışdıq, monqol insanı ömrünü alaçıqlarda keçirir, ona görə də sənə qədər bütün monqol xaqanları çadırlarda hokmranlıq etmişlər, sən niyə çadırı saraya dəyişmisən?..

  Qoca bu sözləri adi bir adamla danışırmış kimi mərd-mərdanə xaqanın üzünə deyir, amma nə xaqan, nə də məclisdəki şahzadələr, sərkərdələr qətiyyən bu cəsarətə təəcüblənmirlər. Çünki o bu dövlətin qurulmasında, güclənməsində və genişlənməsində əvəzsiz xidmətləri olan, bunun üçün ömrünü at belində keçirən, Çingizxanın dediyi kimi “yeməklərini də at belində yeyən, yuxularını da at belində alan”  dörd məşhur sərkərdədən  biri, tərifi monqol ozanlarının dilindən düşməyən əfsanələr qəhrəmanı Subuday bahadır idi. Yalnız onun böyük xaqanı qınamağa cəsarəti çata bilərdi; yalnız onun və başqa heç kəsin. Nəinki məclisdəkilər, Çingizxanın sadiq silahdaşı olan bu qeyri-adi qocanı uzaqdan da olsa bircə dəfə görə bilmək üçün  Pekin  küçələrinə  toplaşmış əhali də  bilirdi  ki, onun Tuli xanın digər oğulları kimi Kubilay xanın da boynunda böyük haqqı vardı. O olmasaydı Kubilay xan bu gün böyük xaqan taxtında otura bilməzdi. Çünki Çingizxan vəsiyyətində xaqanlığı Uqedey xana və onun oğullarına vermiıdi. Tuli xana və oğullarına isə bütün monqol ordusunun ali baş komandanlığı çatmışdı. Amma qeyd etdiyim kimi, Quyuk xan öldükdən sonra artıq çox qüvvətli olan Batı xan onun qardaşlarını bir kənara buraxıb əmioğlanlarından ən sevimlisi olan Munke xanı taxta çıxarmış və bununla da babasının vəsiyyətini pozmuşdu. Kim ona qarşı gələ bilərdi ki? Elə istəmiş, elə də etmişdi. Munke xan da məhz bu böyük dayaqdan ruhlanıb özünə tabe olan qoşunun bir hissəsini bir qardaşı Hülaku xana verərək İran, İraq tərəflərə, bir hissəsini də digər qardaşı Kubilay xana verərək Cənubi Çin imperatorluğunu işğal etməyə göndərir, sonunda Hülaku xan İlhanilər imperiyasını qurur, Kubilay xan isə Munke xanın vaxtsız vəfatından sonra cənublu-şimallı bütün Çinin və Monqolustanın hökmdarı, eləcə də bütün monqolların böyük xaqanı olur. Yəni hər şeyin səbəbkarı Batı xan olur. Amma Batı xanı atası ovda  “müəmmalı “ şəkildə öldürüldükdən sonra yeniyetmə ikən oğulluğa götürüb əsl hərbçi kim öyrədən, Avropa yürüşünə lazımi sayda qoşun verməsi üçün Uqedey xandan xahiş edən, qoşunu yalnız öz hərbi dühası  ilə Adriatik dənizinin sahillərinə qədər çatdırıb Batı xan üçün Altın Ordu imperatorluğunu  quran  kim  idi?

 Əlbəttə ki Subuday bahadır. Bəli, öz xalqına, öz hökmdarına son dərəcə sədaqətli olan və bu sədaqətini son nəfəsinədək əməli ilə sübut edən bir insan., təbii ki, beləcə hörmətə,  sevgiyə layiq olacaq.

  Kubilay xan hökmü çatan ərazilərin böyüklüyünə və tabeliyində olan insanların sayına görə o zamanın  / ümumiyyətlə, bütün bəşər tarixinin /  ən böyük hökmdarı idi, çünki monqol dövlət quruluşuna görə Altın Ordu imperatoru da, İlhanilər hökmdarı da faktiki olaraq ona tabe idi. Odur ki, tüfəng yeni bir silah növü kimi hanıdan əvvəl , təbii ki, onun diqqətini çəkmişdi, amma hələlik yalnız böyük sarayının mühafizəçiləri və saysız-hesabsız mal-qara, qoyun-quzu sürülərini, at ilxılarını güdən çobanlar bu silahla təchiz edilmişdilər. Qoç Koroğlu  “yarısı taxta, yarısı dəmir”  olan bu əcaib şeyi qocalıq illərində onun sarayına bu gəlişi zamanı yolda çobanlarda və sarayda görüb heyrətə gəlmişdi. Tüfəng çıxdı, mərdlik getdi, bic əyyamı gəldi, demişdi.

 Haqlı imiş. Zaman göstərdi ki, o nə qədər də haqlı imiş!

                                        (son)

Mirzə Hacıyev