Rusiya tərəfində döyüşən Şimali Koreya hərbi birləşmələrinin itkiləri sürətlə artır.
Tribunainfo.az xarici KİV-ə istinadla xəbər verir ki, Cənubi Koreya kəşfiyyatının məlumatına görə, artıq Kursk vilayətində 300-ə yaxın Şimali Koreya əsgəri həlak olub. Şimali Koreyanın bölgədəki hərbçiləri arasında ümumi itkilər isə təxminən 3000 nəfərdir, onlardan 300-ü ölüb, 2700-ü yaralanıb.Kəşfiyyat xidməti bu rəqəmləri “böyük itkilər” adlandırıb və bəyan edib ki, KXDR ordusu “müharibənin aparılmasının müasir üsullarını başa düşmür”.
Qeyd edək ki, bundan öncə Ukrayna Prezidenti Volodimir Zelenski iki koreyalı əsgərin əsir götürülməsinə dair viderogörüntülər paylaşıb.