Cənubi Koreyada hərbi-dəniz bazasında vertolyot qəzaya uğrayıb
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Pxoxan şəhəri yaxınlığında təlim uçuşu zamanı Marineon MUH-1vertolyotu enmə zolağına 10 metr hündürlükdən yerə çırpılıb. Hadisə 5 nəfərin ölümünə, 1 nəfərin yaralanmasına səbəb olub.