Koreya prezidenti villasında barrikada qurdu: Onun həbsinə ikinci cəhd ediləcək

Koreya prezidenti villasında barrikada qurdu: Onun həbsinə ikinci cəhd ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya hakimiyyəti impiçment elan edilmiş prezident Yun Sok Yolun həbsinə ikinci cəhdi etməyə hazırlaşır. Ölkə başçısı dindirməyə çağırışı görməzlikdən gəlib və villasında barrikada qurub.

 Tribunainfo.az xəbər verir ki, bu barədə “Reuters” yazır.

Xəbər verilir ki, Prezidentin Təhlükəsizlik Xidməti kompleksin ərazisini tikanlı məftillərlə və barrikadalarla gücləndirib, villaya girişin qarşısını almaq üçün avtobuslardan istifadə edib. Bildirilir ki, Yun Sok Yol dindirməyə çağırışı rədd etdikdən sonra hazırda təpə yamacında yerləşən villada gizlənib.

Ali vəzifəli şəxslərin korrupsiya işləri üzrə İstintaq İdarəsinin (CIO) rəhbəri O Dong Von prezidentə qarşı aparılan istintaq çərçivəsində keçən cümə günü prezident kompleksindəki altı saatlıq gərgin qarşıdurmadan sonra həbslə bağlı uğursuz cəhdə görə üzr istəyib.

O Dong Von prezident kompleksinə girişin canlı zəncirlə bağlanmasından sonra həbs cəhdindən imtina edib.

“Bu dəfə hərtərəfli hazırlıqla məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik, elə planlaşdırırıq ki, ikinci həbs cəhdi sonuncu olsun”, – deyə O Dong Von parlament komitəsinə bildirib.

Yerel KİV-lərdə yayımlanan həbs senarilərinə əsasən, barrikadaları yarması üçün xüsusi taktiki polis bölmələrinin və ağır texnikanın səfərbər olunması nəzərdə tutulub. Daha sonra 2000-dən çox polis əməkdaşı prezidentin mühafizə xidmətini kənarlaşdıracaq, bu isə zəruri hallarda üç günə qədər vaxt tələb edə bilər.

3 yanvar, cümə günü Cənubi Koreya hakimiyyəti prezident Yun Sok Yolun təhlükəsizlik xidməti əməkdaşlarının qarşısını alması səbəbilə onun həbsinə nail ola bilməyib.

3 dekabrda Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkədə fövqəladə hərbi vəziyyət elan edib. Həmin gün millətə televiziya müraciəti edən Yun bu qərarın ölkəni “kommunist qüvvələrdən” müdafiə etmək üçün vacib olduğunu bildirib. O, nüvə silahına malik Şimali Koreyadan birbaşa təhlükəni göstərməyib və daxili siyasi opponentlərinə diqqət yetirib.

Cənubi Koreya Milli Assambleyası 4 dekabrda Yun Sok Yolun hərbi vəziyyəti ləğv etməsi üçün tələb irəli sürmək məqsədilə səs verib. Daha sonra Prezident Yun Sok Yol hərbi vəziyyətin ləğv olunacağını açıqlayıb.

Cənubi Koreyanın müxalif Demokratik Partiyası prezidenti dövlətə xəyanətdə ittiham etməyi və impiçment prosesinə başlamağı planlaşdırırdı.

7 dekabr tarixli çıxışında Cənubi Koreya Prezidenti bildirib ki, hərbi vəziyyət elan etməklə ictimaiyyətin narahatlığına səbəb olduğu üçün “səmimi şəkildə təəssüflənir” və bir daha belə bir addım atmayacağına söz verib.

Cənubi Koreya mətbu orqanı Yonhap xəbər verir ki, məhkəmə impiçment elan edilmiş prezident Yun Sok Yolun həbsinə dair order verib.