Kor tutduğunu buraxmır: Və ya iranlı deputatların “dustaq” dərdi

Kor tutduğunu buraxmır: Və ya iranlı deputatların “dustaq” dərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki gün öncə İran XİN-in mətbuat katibi İsmayıl Bəqayi Azərbaycanda həbsdə olan İran vətəndaşlarının guya, zorakılığa məruz qalması və hüquqularının pozulmasını iddia  etmişdi.

Tribunainfo.az xəbər verir ki, onun açıqlamasına Azərbaycan XİN-i lazımi cavab verib.

Nazirlik Bəqayinin sözlərini təkzib edərək, belə bir halın olmadığını bildirib. Üstəlik, İranın bu tip rotorikadan çəkinməyə çağırıb.

Amma kor tutduğunu buraxmayan kimi, İrandan olan deputatlar da qurbağa kimi quruldaşmaqda davam edirlər. Ötən gün “Tabnak” saytına açıqlama verən İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əmir Həyat Müqəddəm həmin mövzuya toxunub. O da Bəqayi kimi eyni “iddialrı” səsələndirib. Ardından isə Azərbaycana təzyiq göstərilməsini təklf edib. “Azərbaycanda iranlı məhbuslara qarşı qeyri-insani və qanunsuz rəftar edilir. Buna görə, Azərbaycana daha sərt mövqe nümayiş etdirilməli və Zəngəzur dəhlizi layihəsinə qarşı çıxılmalıdır. Zəngəzur dəhlizi İranın maraqlarına təhdiddir. Bu, ABŞ və İsrailin layihəsidir”.

P.S. Bu adamlara deyən lazımdır ki, nəyə əsasən bu iddia ilə çıxış edirlər? Əllərində hansı dəlil və sübutlar var? Boş, havaya danışmaqda pərgar olan iranlı rəsmilərin bu yanaşması qərəzli olmaqla yanaşı, iki ölkə arasında münasibətlərin düzəlməsinə əngəl törətməkdir.

Digər tərəfdən, bunu o ölkənin rəsmiləri deyir ki, dəlilsiz, sübutsuz öz vətəndaşlarını edam edir, xarici vətəndaşları qanunsuz və əsassız yerə həbs edir. Təkcə Fərid məsələsi təsdiq edir ki, İranın ümumiyyətlə, insan haqları məsələsindən danışması nonsensdir.

Fərda Uğur