“Konyaspor” Mahir Emrelini belə təqdim etdi – Fotobackend

“Konyaspor” Mahir Emrelini belə təqdim etdi – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Konyaspor” Zaqreb “Dinamo”sundan icarəyə götürdüyü Mahir Emrelini rəsmən təqdim edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə klub rəsmi sosial şəbəkə səhifəsi vasitəsilə məlumat yayıb.

Məlumatda bildirilir: “Konyaspor” daha öncə anlaşdığı Mahir Emreli ilə imzalanma mərasimi keçirdi. Klubumuz “Dinamo” Zaqrebə məxsus olan istedadlı hücumçu ilə yarımmövsümlük müqavilə imzaladı.  Emreli komandamızda 19 nömrəli forma geyinəcək”.

Millimizin üzvü ilə yanaşı, digər yeni transferlər Metehan Mert, Alejandro Pozuelo və Marlos Moreno üçün imzalanma mərasimi təşkil olunub.

İmzalanma mərasimindən sonra yeni transferlər klubun forması ilə şəkil çəkdiriblər. M.Emreli yeni forma ilə əsgər salamı verib.

Qeyd edək ki, “Konyaspor” M.Emrelini fevralın 14-ü bu mövsümün sonuna kimi icarəyə götürmüşdü. Ancaq Türkiyədə zəlzələ səbəbindən təqdimetmə mərasimi təxirə salınmışdı.