Könülün ölümü ilə bağlı cinayət işi açıldı

Könülün ölümü ilə bağlı cinayət işi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl Binəqədi rayonu Xocasən qəsəbəsində baş vermiş faciəvi hadisə ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Tribunainfo.az -a bildirilib ki, iyunun 30-da 2005-ci il təvəllüdlü Könül İbrahimlinin Binəqədi rayonu Xocasən qəsəbəsi ərazisində yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.