“Kontakt Home”un başı dərddə… Müştərilər malları geri qaytarırbackend

“Kontakt Home”un başı dərddə… Müştərilər malları geri qaytarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkənin məşhur məişət texnikası mağazası olan “Kontakt Home”la bağlı şikayətlər tükənmir. Sözügedən mağazadan məhsul alanların sözlərinə görə, “Kontakt Home”da ancaq xarab, yararsız və keyfiyyətsiz əşyalar satılır.

Tribunainfo.az xəbər verir ki, belə problemlə üzləşənlərdən biri Fərid Hüseyn adlı şəxsdir. O bildirib ki, “Kontakt Home”dan aldığı məhsul işləmədiyi üçün nə dəyişə, nə də qaytara bilir:

“Aldığım məhsul işləmədiyi üçün mağazaya təhvil vermişəm. Təhvil alınan zaman mənə bildirdilər ki, məhsulu təmir etmək üçün ləvazimatlar yoxdur. Guya düzgün qulluq edilmədiyinə görə qüsur müştəridədir. Reallıq budur ki, məhsulu bir dəfə istifadə etmişəm. İşləməyib deyə, “reset”ə vermişəm. İndi bunların dediyindən belə çıxır ki, məhsulun təmiri üçün ləvazimatlar olmadığına görə günahı müştərinin üzərinə atırlar. Ya da öz üstlərindən atmaq üçün xarab məhsul satırlar, üstlərində qalmasın deyə də belə bəhanə uydururlar. Ayıbdır, ələ salmayın adamları, işinizi düzgün görün”.

Problemlə üzləşən digər müştəri isə Nəcəf Nəcəfzadədir. O da “Kontakt Home”dan aldığı məhsuldan narazıdır:

“Müştəriyə qarşı laqeyd və bivec davranan ikinci belə mağaza yoxdu. 31 avqust tarixində “Gənclik mall” mağazasından iki məhsul almışam. 2 sentyabr tarixində evə çatdırılma olub. Məhsullardan biri qüsurlu olduğu üçün çatdırılma əməkdaşına təhvil verib, aktda həmin məhsulu minuslamışam, dəyişdirilməsi üçün qeydimi yazıb imzalamışam.
Artıq üzərindən neçə gün keçib. Hələ də mənə bildirilir ki, məsələ araşdırılır. Əvvəla, mən müştəriyəm və mənim heç bir günahım yoxdur ki, sənin məhsulun mənə qüsurlu gətirilib. Ola bilər anbardarın ya da çatdırılma komandanın günahı var. Bunun mənə heç bir dəxli yoxdur!
“Kontakt Home”, yaxşı olar ki, öz daxili qaydalarınızı açın oxuyun. Nə qədər xaotik vəziyyətdəsiz ki, öz yazdıqlarınıza özünüz əməl edə bilmirsiz”.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən