“Kontakt Home”dan televizor almaq istəyən vətəndaş ödənişi nağd şəkildə etsə də, bir həftədən çoxdur ki, məhsulu mağazadan ala bilmir.
Tribunainfo.az yazır ki, bu problemlə vətəndaş Nicat Əsədov üzləşib. Pulunu ödədiyi məhsulu “Kontakt Home” vermir:
“Yəqin “Kontakt Home”un çatdırılmasından əziyyət çəkən çoxudur. 25 noyabr tarixində televizor almışam. Nağd ödənişini də etmişəm. Bildirdilər ki, 1 həftəyə çatdırılma olacaq.
1 həftə keçdi, zeng edib dedilər saat 6-ya qədər çatdırılma olacaq. Axşam özüm ödənişi etdiyim mağazaya getdim ki, məhsulu televizoru götürüb gedib.
Dedilər, hələ 5 gün də gözləyin, gələcək. Səbəb soruşuram gülə-gülə bildirirlər ki, normal haldır. Zəng edirəm, müştəri xidmətlərinə düşmək də olmur”.