“Kontakt Home” müştəriyə satdığı defekt malı geri götürmür – Şikayətbackend

“Kontakt Home” müştəriyə satdığı defekt malı geri götürmür – Şikayət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq 20 gündür ki, “Kontakt Home” mağazası məni aldadır. Satdıqları defekt məhsulu nə geri götürürlər, nə yenisi ilə əvəz edirlər, nə də müraciətimə baxırlar.

Tribunainfo.az xəbər verir ki, bu barədə şikayətçi Pərviz Hacıyev sosial şəbəkədə yazıb. O bildirib ki, edilən müraciətlə heç maraqlanmırlar da:

“20 gündür “Kontakt Home” mağazası məni aldadır. Müraciətləri guya yönləndiriblər, üstəlik təcili irad, nə bilim təcili yönləndirmə, təcili çatdırılma falan edirlər guya. Amma ortada birşey yoxdur, votsaplarına, qaynar xətlərinə, başqa adreslərinə yazırsan qeydə alırlar, amma baxan yoxdur. Dediyim kimi bu gün 20-ci gündür artıq. Məhsul alınıb, zavod defekti çıxıb, 14 gün tamam olmamış yenisi ilə əvəz olunmasını tələb etmişəm. 20 gündür fırladırlar nə pulu qaytarırlar, nə də ortada məhsul yoxdur. Adama da düz əməlli cavab vermirlər”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar