“Kontakt Home” müştərini məhkəmə ilə hədələyir – Foto

“Kontakt Home” müştərini məhkəmə ilə hədələyir – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kontakt Home”dan komputer alan müştəri peşman olub. Xarab məhsulu sözügedən mağaza nə dəyişir, nə geri götürür, nə də servisdən müştəriyə geri qaytarmır. Üstəlik ödənişi tələb edərək müştərini məhkəmə ilə təhdid edir.

Tribunainfo.az xəbər verir ki, bu barədə şikayətçi Səidə Quliyeva sosial şəbəkə hesabında yazıb. O bildirib ki, “Kontakt Home”dan komputer aldıqdan sonra başına gəlməyən qalmayıb:

“3 illik qızıl zəmanətlə kreditə komputer almışam. Komputer donur, səs kəsilir, ekran öz-özünə sönür. Problemimi bildirdim və qaytarılmasını istədim. Məhsulu nə qaytarırlar, nə dəyişirlər. Servisdən də geri vermirlər.
Mən xaricdə təhsil alıram. Valideynlərimə zəng edib təhdid edirlər. Ailəmi məhkəmə ilə hədələyirlər. Hüquqşünaslarına da bildirdim ki, xarab mala görə krediti ödəməyəcəyəm. Mən haqqımı tələb edirəm, servisdə olan məhsulun geri qaytarılmasını tələb edirəm.
“Kontakt Home” hansı haqla ailəmi təhdid edir, bu nə özbaşınalıqdır?”.

Xatırladaq ki, “Kontakt Home” dəfələrlə bu kimi hallara, xarab mal satdığına, problemli məhsulu geri qaytarmadığına və ya dəyişdirmədiyinə görə dəfələrlə cərimələnib.
Qeyd edək ki, “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi keçmiş deputat Elnur Allahverdiyevdir.

Tərəfləri dinləməyə hazırıq.

Gülşən