“Kontakt Home” müştərini bezdirib – Foto

“Kontakt Home” müştərini bezdirib – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsa Şərifov “Kontakt Home”dan narazıdır. Tribunainfo.az yazır ki, müştəri mağazalar şəbəkəsindən şikayətini ictimailəşdirib. “Black Friday-də aldığım TV-ni 4 dekabrda səhv gətirib (başqasını, daha ucuzunu) və gediblər.
Elə həmin günü 19:00-da əlaqə saxlayıb problemi bildirdim, əməkdaş qeydə aldı (whatsapp-la da şəkilləri dediyi nömrəyə göndərdim). Lakin hadisələr elə bundan sonra cərəyan etməyə başladı.
O gündən bu günə kimi demək olar hər gün
zəng edib problemimi demişəm və hər dəfə də eyni şeyi deyiblər: müraciətinizi öncəlikləndirdik əlaqə saxlayacaqlar. İşin digər maraqlı tərəfi odur ki, işçilərə deyirəm şirkəti antiinhisara şikayət edəcəm ( ayin 13-u artiq etmişəm onlarda zəngimi götürəndə baxılır deyir) və bu gün də post paylaşacağımı dedim reaksiya eyni.
Sözümün canı bu şirkətdən bir şey almaq istəyirsinizsə zəhmət olmasa dəfələrlə düşünün və yazdıqlarımı unutmayıb qərar verin”.